Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması önəmlidir.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar Prezident İlham Əliyev tərəfindən qəbul zamanı bildirib.
Belə ki, qonaq bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidvar olduğunu deyib.
Həmçinin Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazır vəziyyətdə olacağını məmnunluqla qeyd edib. Dövlət başçısı bu layihənin Naxçıvanın elektrik enerjisi istehsalı və təbii qazla təchizatı baxımından çox önəmli layihə olduğunu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.