Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları qumar oyunları, lotereyalar və lotereya fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklikləri qəbul ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Belə ki, dəyişikliklərə əsasən, 21 yaşı tamam olmayan vətəndaşlar, dövlət qulluqçuları, hərbi qulluqçular və xüsusi dövlət qurumlarının əməkdaşlarının qumar və mərc oyunlarında iştirakına qadağa qoyulub.
Həmçinin lisenziyası olmayan xarici bukmeker kontorlarının və lotereyaların internet resurslarının ölkədə fəaliyyətinə də qadağa qoyulub.
Qeyd edək ki, qaydaları pozan şəxslər işdən çıxarılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.