Avropa ölkələri öz nüvə silahı arsenallarını yaratmamalı, ondan qurtulmalıdırlar, çünki onların mövcudluğu nüvə müharibəsi riskini artırır.
Azadmedia.az xəbər verir ki, bu fikirləri KİV-ə müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orban qeyd edib ki, ABŞ və Rusiya arasında nüvə konflikti olacağı təqdirdə Amerika öz ərazisindən deyil, Avropadan hücum edəcək və nəticədə bu ərazilər zərbəyə məruz qalacaq.
Həmçinin“Avropa nüvə silahlarının yayılması əvəzinə onlardan qurtulmağa çalışmalıdır”, - deyə Orban bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.