İspaniya hakimiyyəti Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qoşulmağa qərar verib.
Azadmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə Krallığın xarici işlər naziri Xose Manuel Albares deyib.
Belə ki, “İspaniya Cənubi Afrikanın Qəzzadakı vəziyyətə görə Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qatılacaq və məhkəmənin qərarını dəstəkləyəcək”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.