AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hücuma məruz qalan baş nazirin boynu zədələnib - YENİLƏNİB

  • + A
  • - A
  • 8-06-2024, 17:20

    Hücuma məruz qalan baş nazirin boynu zədələnib - YENİLƏNİB

    Danimarkanın Baş naziri Mette Frederiksen iyunun 7-də axşam saatlarında Kopenhagendə məruz qaldığı hücum zamanı boynundan yüngül zərbə alıb.

    İnsidentlə əlaqədar Frederiksen planlaşdırılan bir neçə tədbiri ləğv etmək məcburiyyətində qalıb.

    Hücum edən şəxs saxlanılıb, lakin insidentin motivi barədə heç nə məlum deyil. Məlumata görə, 39 yaşlı kişinin hadisə ilə bağlı şənbə günü günortadan sonra Frederiksburq Məhkəməsində keçiriləcək məhkəmə iclasına gətirilməsi planlaşdırılır.

    ***23:54

    Naməlum şəxs Danimarkanın baş naziri Mette Frederiksenə hücum edib.

    Hökumət başçısı Danimarka paytaxtının Kyultorve meydanında olarkən naməlum kişi yaxınlaşaraq onu vurub.

    Hökumət ofisinin qeyd etdiyi kimi, baş nazir "baş verənlərdən şoka düşüb". Frederiksenin özü bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

    Polis hücumçunu saxlasa da, hələlik hadisə ilə bağlı açıqlama verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR