AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamətdir”

  • + A
  • - A
  • 9-06-2024, 18:00

    “Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamətdir”

    İqbal Məmmədov
    Milli Məclisin deputatı

    “Hər birimizə məlumdur ki, ölkəmizin xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.

    Əminik ki, ötən günlərdə baş tutan TÜRKPA-nın növbəti plenar iclası da yaxşı nəticələr verəcək. Əlbətdə ki, bu tərz toplantılar bir mənalı olaraq Türk dünyasının birliyinin təzahürü olur, sözsüz ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər, eyni zamanda ölkəmizin xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Cənab İlham Əliyev peezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında da vurğuladığı kimi, “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.” Hər şeydən əvvəl, bütün bunlar Azərbaycanın bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir və son illərdə Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir, daha da qüvvətləndirir.

    Ən əsası odur ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır.
    Hər birimizin də vəzifə borcumuzdur ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək.
    Ölkəmizin təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Heç şübhəsiz, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, həm də davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti güclü addım olur.
    Qeyd edim ki, Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbii haldır. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx əlaqədar olan bir prosesdir.
    Həmçinin Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Bəli, hazırda Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var.

    Hal-hazırda azad edilmiş ərazilərimizdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.
    Bu barədə cənab Prezident TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə də bildirib.
    Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir çox körpülərin inşa edildiyini və podratçıların əksəriyyəti Türkiyə şirkətləri olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib ki, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Qısacası, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük.
    Vurğulayım ki, geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatdırılacaqdır.

    Azərbaycanda indi yeni dövr-İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Cənab prezidentin bildirdiyi kimi, torpaqlarımız böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur.  Hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparılır. Əlbətdə ki, qardaş Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, bununla bərabər, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması vacib cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx şəkildə bağlı olmalıdırlar. Qeyd edim ki, beynəlxalq mətbuatda bu günə qədər hələ də İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Bütün reallıqları, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya olduğu kimi çatdırmalıyıq. Xüsusilə qeyd edim ki, bu mənada cənab Prezidentimizin bütün addımlarını alqışlayırıq.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR