AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə LGBT təbliğatına qarşı hazırlanan xalq petisiyasına baxacaq - KİV

  • + A
  • - A
  • 10-06-2024, 11:41

    Bu ölkə LGBT təbliğatına qarşı hazırlanan xalq petisiyasına baxacaq -


    Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi LGBT təbliğatına qarşı hazırlanan xalq petisiyasına baxacaq.

    Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

    Belə ki, “Müraciətə baxılma müddəti onun qeydə alındığı gündən 40 iş gününə qədərdir. Bu məsələyə baxılması üçün dövlət qurumlarının və ictimai birliklərin nümayəndələrinin də daxil olduğu işçi qrupu yaradılacaq”, - deyə məlumatda bildirilir.

    Həmçinin rəsmi “E-Petition.kz” portalında Qazaxıstanda açıq və gizli LGBT təbliğatına qarşı petisiya dərc edilib. Petisiya hakimiyyət tərəfindən baxılması üçün tələb olunan 50 min imzanı toplayıb.

    Hal-hazırda Qazaxıstanda eynicinslilərin nikahına qadağa qoyulsa da, LGBT təbliğatına qanuni qadağa yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR