AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan enerji təminatı sahəsində ən etibarlı tərəfdaş imicini qazanmışdır

  • + A
  • - A
  • 10-06-2024, 18:44

    Azərbaycan enerji təminatı sahəsində ən etibarlı  tərəfdaş imicini qazanmışdır

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.
    Diqqət cəlb edən mühüm məqamlardan biridə ondan ibarətdir ki, ölkəmiz qaz ixracının coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Nəzərə alsaq ki, enerji təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin qarşısında duran prioritet vəzifədir, Azərbaycanın təbii qazına ehtiyacı olan bir neçə ölkə ilə danışıqlar aparılır. Öz növbəsində bu proses əyani şəkildə nümayiş etdirir ki, Azərbaycan enerji təminatı sahəsində etibarlı və öz öhdəliklərinə sadiq olan tərəfdaşdır.
    Məsələn, 2022-ci ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktor olmasını bir daha nümayiş etdirmişdir. 2027-ci ilə qədər Azərbaycandan Avropaya təbii qaz tədarükünün iki dəfə artırılması planlaşdırılır və ölkəmizin bunun üçün hər cür imkanları var.
    Həmçinin nəzərə almaq lazımdır ki, dövlətimizin imzaladığı beynəlxalq sazişlər Milli Məclis tərəfindən ratifikasiya olunaraq, yüksək hüquqi status əldə edirlər və tam şəkildə icra olunurlar. Bu məsələyə əsaslı hüquqi yanaşma ümumilikdə Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun möhkəmlənməsində vacib rol oynamışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR