Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 10-dan 14-dək Daşkənddə davam edəcək Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarını təbrik edib.
Bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.
“Azərbaycan Mədəniyyət Günləri qardaş Azərbaycan torpağında keçirilən Özbəkistanın Mədəniyyət Günlərinin məntiqi davamıdır”, - o vurğulayıb.
Ş.Mirziyoyev qeyd edib ki, özbəklər qardaş Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli adət-ənənələri və dəyərləri ilə tanış ola biləcəklər. Eləcə də, Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları Özbəkistanda baş verən dəyişikliklərlə, onun tarixi-mədəni xüsusiyyətləri ilə daha yaxından tanış ola biləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.