Yəməndə saxlanılan BMT və humanitar yardım işçiləri dərhal və qeyd-şərtsiz azad edilməlidir.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Belə ki, “BMT-nin digər işçiləri ilə birlikdə Yəməndə ÜST əməkdaşının saxlanılmasından narahatam. Biz onların təhlükəsizliyini təmin etmək üçün BMT-dəki həmkarlarımızla sıx əməkdaşlıq edirik. Saxlanılanların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Humanitar işçilər heç vaxt hədəf olmamalıdır”, - deyə o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.