AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran nüvə proqramını etibarlı sülh məqsədləri olmayan yollarla genişləndirmək istəyir - Miller

  • + A
  • - A
  • 14-06-2024, 13:52


    İran nüvə proqramını etibarlı sülh məqsədləri olmayan yollarla genişləndirmək istəyir -


    Beynəlxalq Atom Enerjisi Agentliyinin Fərdo nüvə obyektində yeni sentrifuqaların quraşdırılması ilə bağlı hesabatı göstərir ki, İslam Respublikası öz nüvə proqramını etibarlı sülh məqsədləri olmayan yollarla genişləndirmək istəyir.

    Azadmedia.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

    Belə ki, o, Tehranın MAQATE müşahidəçiləri ilə əməkdaşlıq etmədiyi təqdirdə Vaşinqton və müttəfiqlərinin İrana təzyiqləri artırmağa hazır olduqlarını söyləyib.

    Həmçinin “İran hökuməti bu proqramları həyata keçirsə, biz də buna uyğun cavab verəcəyik. İslam Respublikası daha gecikmədən, qanuni öhdəliklərini tam yerinə yetirmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR