Almaniya Ukraynaya yeni böyük hərbi yardım paketini elan edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Almaniya hökumətindən məlumat verilib.
Bildirilib ki, yardım paketinə sursatları ilə birlikdə 10 ədəd “Leopard 1 A1” tankı, 20 ədəd “Marder” piyadaların döyüş maşını, orta radiuslu İRİS-T SLM və kiçik radiuslu İRİS-T SLS zenit-raket kompleksləri, 3 ədəd HİMARS reaktiv artilleriya sistemi, 2 ədəd “Dachs” zirehli mühəndis maşını, ehtiyat hissələri ilə birlikdə 1 ədəd “Bergepanzer 2” zirehli təmir-təxliyə maşını, 4 ədəd “Wisent” minatəmizləmə maşını, ehtiyat hissələri ilə birlikdə 2 ədəd “Beaver” körpüsalan, 16 ədəd yanacaq dolduran “Mersedes-Benz Zetros”, PUA-lara qarşı 4 ədəd sensor sistemləri, helikopterlərə qarşı 3 ədəd AMPS sistemi, xilasetmə qayıqları, 21 min 155 mm-lik sursat, bu kalibrdən olan 128 ədəd tüstü və işıq mərmiləri, partlayış təhlükəsi olan predmetlərin zərərsizləşdirilməsi üçün sistemlər, 100 ədəd “Haenel CR308” tüfəngi, 85 ədəd “Haenel HLR338” snayper tüfəngi, 100 ədəd “Haenel MK556” hücum tüfəngi, 4 milyon atıcı silah patronları və 100 ədəd gecəgörmə cihazları daxildir. Axaraz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.