AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir"

  • + A
  • - A
  • 15-06-2024, 12:08

    "Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir"


    TDT-yə üzv və müşahidəçi ölkələrin hakim partiya təmsilçilərinin iştirakı ilə Şuşada bir araya gəlməyimizin bir ayrı rəmzi mənası vardır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib. Xankəndi, Xocalı və digər Azərbaycan torpaqlarına rahat gedə bilirik. Tarixi qələbəyə imza atan qardaş Azərbaycanı səmimi qəlbdən təbrik edirəm.

    Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

    Azərbaycan və Türkiyə arasında yüksək səviyyədə əlaqələrdən danışan TBMM-nin üzvü bu əlaqələrin əsasının qoyulmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

    Qardaş ölkələr arasında münasibətlər digər türk ölkələri üçün nümunə olduğunu bildirən A.Ala deyib: “İllərlə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və digər məsələlərdə biz həmişə bir yerdə olmuşuq, bu birliyimiz bundan sonra da davam edəcək.

    Azərbaycan və Türkiyə arasında əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsi həm də bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR