Finlandiya ilə sərhəd yaxınlığındakı Rusiya bazaları demək olar ki, boşdur. Rusiya buradakı bütün şəxsi heyət və texnikanı Ukraynaya qarşı müharibəyə göndərib.
Bu barədə “Yle” nəşri mənbəyə istinadla məlumat yayıb.
“Texnika və əsgərlərin orta hesabla 80%-i Ukraynaya qarşı müharibəyə aparılıb. Bazalarda demək olar ki, yalnız təlimatçılar və çağırışçılar qalıb. Müqaviləli əsgərlər döyüşə göndərilib”, - mənbə bildirib.
Mənbənin sözlərinə görə, Rusiya təkcə Finlandiya sərhədindəki bazalarından deyil, Moskva bölgəsi istisna olmaqla, bütün ərazisindən texnika və hərbi personalı çıxarır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.