Rusiyada miqrantlarla bağlı tələblər sərtləşdirilir

Rusiyada miqrantlarla bağlı tələblər sərtləşdirilir
Rusiyada noyabrın 3-dən miqrasiya sahəsində qanun pozuntularına görə məsuliyyət sərtləşdirilir. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yeni qanuna əsasən, əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılmasına səbəb olan hüquqpozmaların siyahısı iki dəfə genişləndirilir. Beləliklə, deportasiya ilə nəticələnə biləcək inzibati xətaları nəzərdə tutan maddələrin ümumi sayı 45-ə çatdırılır.
Siyahıya xırda xuliqanlıq, kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulması, polis əməkdaşının qanuni tələbinə tabe olmamaq, eləcə də Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması kimi əməllər daxil edilib.
Bundan başqa, deportasiyanın digər inzibati cəza növləri ilə əvəz edilməsinin mümkün olmadığı hüquqpozmaların siyahısı da genişləndirilib. Həmin siyahıya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı inzibati xətalar da əlavə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.