AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb

  • + A
  • - A
  • Bu gün, 17:35

    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb

    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb.

    Rusiyanın 2025-ci ilin sentyabrında elan edilən İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasından çıxması noyabrın 1-dən qüvvəyə minib.

    Qeyd edək ki, Avropa Şurasının 46 hazırkı üzv dövləti tərəfindən ratifikasiya edilmiş İşgəncələrin və Qeyri-insani rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası məhbusları potensial zorakılıqdan qorumağı hədəfləyir və xüsusilə həbsxana monitorinqini təmin edir. 29 sentyabr 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putin parlament tərəfindən qəbul edilmiş və Avropa Şurasını Rusiyaya qarşı "ayrı-seçkilikdə" günahlandıran və ölkənin İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxmasını rəsmiləşdirən qanunu imzalayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR