Bomba təhlükəsi ilə əlaqədar Wizz Air aviaşirkətinin London–Sofiya reysi Budapeştə eniş edib

Bomba təhlükəsi ilə əlaqədar Wizz Air aviaşirkətinin London–Sofiya reysi Budapeştə eniş edib
London–Sofiya marşrutu üzrə hərəkət edən Wizz Air aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə əlaqədar istiqamətini dəyişərək Macarıstanın paytaxtı Budapeştə təcili eniş edib.
Bu barədə “Euronews” aviaşirkətə istinadən məlumat yayıb.
Wizz Air-in açıqlamasında bildirilib ki, uçuş zamanı bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra təyyarənin Budapeştə yönləndirilməsi qərara alınıb. Təyyarə təhlükəsizlik protokollarına uyğun olaraq Ferens List adına beynəlxalq hava limanına uğurla enib və xüsusi ayrılmış dayanacaq sahəsinə aparılıb. Burada müvafiq xidmətlər təyyarə və sərnişinlərlə bağlı təhlükəsizlik yoxlamaları aparıblar.
Aviaşirkət hadisə ilə bağlı aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etdiyini, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin əsas prioritet olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.