AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Hava Yollarının İstanbuldan Yerevana uçuşlarının tarixləri açıqlandı

  • + A
  • - A
  • 22-12-2025, 21:48

    Türk Hava Yollarının İstanbuldan Yerevana uçuşlarının tarixləri açıqlandı

    Türk Hava Yollarının laynerləri gələn ilin mart ayından etibarən İstanbuldan Yerevana və geriyə uçacaq.
    Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç sosial şəbəkələrdə bildirib ki, Türkiyənin flaqman təyyarəsi mart ayından etibarən İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşlara başlayacaq.

    Onun sözlərinə görə, bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında "daha bir irəliləyiş" olacaq.

    Uçuşlar 11 martdan etibarən hər gün həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR