AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Si Cinpin: Fars körfəzi böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir

  • + A
  • - A
  • Bu gün, 16:24

    Si Cinpin: Fars körfəzi böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir


    Çin Xalq Respublikasının Sədri Si Cinpin Oman Sultanı Heysəm bin Tariq Al Said ilə görüşündə Fars körfəzi regionunda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

    Bu barədə Asiya mediası məlumat yayıb.

    “Fars körfəzi böyük dövlətlər arasında rəqabət və geosiyasi münaqişələr meydanına çevrilməməlidir. Bu regionda sülh və sabitlik bütün tərəflərin birgə səyləri ilə qorunmalıdır”, – deyə Si Cinpin bildirib.

    Çin lideri Pekinin Yaxın Şərqdə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ərəb ölkələri ilə qarşılıqlı fəaliyyəti və koordinasiyanı gücləndirməyə hazır olduğunu qeyd edib.

    Si Cinpinin sözlərinə görə, regional sülh və sabitliyin təmin edilməsi bütün tərəflərin birgə səylərini tələb edir. O, həmçinin Çinin münaqişələrin başa çatmasına töhfə vermək üçün fəal fəaliyyət göstərdiyini vurğulayıb.

    Qeyd edək ki, Oman İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair diplomatik təmaslarda iştirak edən ölkələrdən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR