AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Nərimanov” metrosunda sərnişin relsə düşərək həyatını itirib

  • + A
  • - A
  • 7-01-2026, 21:01

    “Nərimanov” metrosunda sərnişin relsə düşərək həyatını itirib

    Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin “Nərimanov” stansiyasında faciəli hadisə baş verib. Metropolitendən verilən məlumata görə, təxminən 50–55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman stansiya yoluna düşüb.
    Hadisədən dərhal sonra təhlükəsizlik məqsədilə təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım çağırılıb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı icra olunub. Lakin görülən tədbirlərə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
    Bakı Metropolitenindən bildirilib ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə səbəbindən Yaşıl və Qırmızı xətlər üzrə qatarların hərəkətində qısamüddətli yubanmalar yaranıb, hazırda isə hərəkət qrafik üzrə bərpa olunub.
    Allah rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR