Abşeron Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.
İlkin məlumata görə, tibb müəssisəsində çalışan sürücü direktorun inzibati işlər üzrə müavini Orxan Ənvərliyə bıçaqla xəsarət yetirib.
Hadisə bu gün səhər saatlarında xəstəxananın Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində baş verib. Hadisə zamanı xəsarət alan vəzifəli şəxsə dərhal zəruri tibbi yardım göstərilib. Onun vəziyyətinin hazırda stabil olduğu bildirilir.
Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.
TƏBİB-dən bildirilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub və bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq edilib.
Qeyd edək ki, Orxan Ənvərli daha əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsində çalışıb. O, 2026-cı ilin yayında həmin vəzifədən azad edilərək Abşeron Rayon Xəstəxanasına baş həkimin müavini təyin olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.