AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Los-Ancelesdə kimyəvi maddə sızması nəticəsində səkkiz nəfər xəstəxanaya yerləşdirilib

  • + A
  • - A
  • Bu gün, 14:02

    Los-Ancelesdə kimyəvi maddə sızması nəticəsində səkkiz nəfər xəstəxanaya yerləşdirilib


    ABŞ-ın Los-Anceles şəhərinin mərkəzində kimyəvi maddələrin sızması nəticəsində səkkiz nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

    Hadisə barədə noyabrın 23-də Los-Anceles Yanğınsöndürmə Departamentinin rəsmi saytında məlumat verilib.

    Məlumata görə, yanğınsöndürmə xidmətinin təhlükəli maddələrlə işləyən iki xüsusi qrupu 200x300 fut (təxminən 61x91 metr) ölçüsündə açıq əraziyə daxil olub. Hadisə yerində zərərli maddələrə məruz qalan şəxslərin təmizlənməsi üçün xüsusi dezaktivasiya zonası da yaradılıb.

    Zərərçəkənlərin hamısı operativ şəkildə tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hazırda hadisə yerində yanğınsöndürmə xidmətinin xüsusi qrupları da daxil olmaqla, müxtəlif fövqəladə hallar xidmətləri fəaliyyət göstərir.

    Hadisə ilə bağlı şəhər polisi, Nəqliyyat Departamenti, eləcə də sanitariya və kommunal xidmət orqanları məlumatlandırılıb.

    Hazırda kimyəvi maddə sızmasının səbəbləri və insanların zəhərlənməsinə gətirib çıxaran maddənin növü araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR