AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məmur oğlu Kənan Mikayılov onlayn biznes platforması yaradıb – Abunəliklər 199 manata qədərdir

  • + A
  • - A
  • Bu gün, 12:27

    Məmur oğlu Kənan Mikayılov onlayn biznes platforması yaradıb – Abunəliklər 199 manata qədərdir


    Zaur Mikayılovun oğlu Kənan Mikayılov digər məmur övladlarından fərqli olaraq biznes fəaliyyətini onlayn platforma üzərindən qurmağa üstünlük verib.

    Xaricdə yaşayan bloger Cavanşir Həsənlinin paylaşdığı məlumata görə, İstanbul Texniki Universitetinin məzunu olan Kənan Mikayılov ötən il "Alvery.az” adlı onlayn ticarət platforması yaradıb.

    Platforma Azərbaycan biznesləri üçün nəzərdə tutulan SaaS əsaslı e-ticarət həllidir. Sahibkarlar bu sistem vasitəsilə öz onlayn mağazalarını yarada və idarə edə bilirlər.

    Məlumata əsasən, “Alvery.az” MMC (VÖEN: 1507316841) Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində qeydiyyata alınıb. Qeydiyyat ünvanının ev və mənzil məlumatları açıqlanmayıb.

    Platformanın təqdim etdiyi xidmətlərin qiymətləri aylıq 39 manatdan 199 manatadək dəyişir. Bununla yanaşı, hər satışdan məhsulun dəyərinin 0,5-2 faizi həcmində komissiya haqqı tutulur.

    Beləliklə, platforma gəlirini həm aylıq abunəliklər, həm də satışlardan əldə olunan komissiyalar hesabına formalaşdırır.

    Qeyd edək ki, şirkətin fəaliyyətinə, təsisçilik və idarəetmə məlumatlarına dair əlavə rəsmi məlumatlar ayrıca təsdiqlənməyib. Göstərilən məlumatlar Cavanşir Həsənlinin paylaşımına əsaslanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR