AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatlar QDİƏT-in 68-ci sessiyasında iştirak edir

  • + A
  • - A
  • Bu gün, 12:48

    Deputatlar QDİƏT-in 68-ci sessiyasında iştirak edir


    Milli Məclisin deputatı Musa Quliyev Yunanıstanın paytaxtı Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 68-ci iclasında Azərbaycanın təmsil olunması ilə bağlı paylaşım edib.

    Deputat bildirib ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq tədbirlərdə qarşılaşdığı hörmət və ehtiram Afinada da hiss olunur.

    Musa Quliyev paylaşımında Azərbaycanın qazandığı qələbənin ölkəmizə beynəlxalq müstəvidə göstərilən münasibətə təsirini vurğulayaraq bu sözləri qeyd edib:

    “Həmişə Qalib ol, Qalib yaşa, Azərbaycan!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR