AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib

  • + A
  • - A
  • Bu gün, 14:00

    Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib

    Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin 2 boksçusu 1/4 finala yüksəlib.

    Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar.

    Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

    O, avqustun 18-də keçiriləcək 1/4 final matçında irlandiyalı Kristian Jubani ilə qarşılaşacaq.

    B.Nəsirli isə ilk görüşündə yunanıstanlı Angeliki Petroula Sduqaya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, avqustun 17-də 1/4 final çərçivəsində polşalı Katarjina Qornisieviçlə mübarizə aparacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR