AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə İran qazından imtina etmir: Tərəflər müqaviləni daha 5 il uzatdı

  • + A
  • - A
  • Bu gün, 18:24

    Türkiyə İran qazından imtina etmir: Tərəflər müqaviləni daha 5 il uzatdı

    Türkiyə və İran arasında təbii qaz tədarükü ilə bağlı mühüm razılaşma əldə olunub. Tərəflər İrandan Türkiyəyə qaz ixracını nəzərdə tutan müqavilənin müddətini daha beş il uzatmaq barədə razılığa gəliblər.

    ANKA agentliyinin məlumatına görə, yeni razılaşma iyul ayında başa çatacaq 25 illik müqaviləni əvəz edəcək. Qaz tədarükünün illik həcmi dəyişməyərək təxminən 10 milyard kubmetr səviyyəsində saxlanılıb.

    Müqavilə Türkiyənin dövlətə məxsus BOTAŞ şirkəti ilə İran Milli Qaz Şirkəti arasında imzalanıb. Razılaşmanın müddəti 2032-ci il aprelin 18-dək müəyyən edilib. Qiymətlərin hesablanması mexanizmi də əvvəlki kimi qalacaq.

    İran Türkiyənin ən böyük qaz təchizatçıları arasında ilk beşlikdə yer alır. Bu ölkə Rusiyadan, Azərbaycandan və ABŞ-dən sonra Türkiyənin dördüncü ən böyük qaz təchizatçısıdır.

    Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatına əsasən, 2025-ci ildə İran Türkiyəyə 7,7 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ölkənin ümumi qaz idxalının təxminən 13,2 faizini təşkil edib.

    Ümumilikdə isə Türkiyə 2025-ci ildə 58,4 milyard kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü illə müqayisədə 11,73 faiz çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR