Wizz Air aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən Tbilisi Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Hadisə çərşənbə axşamı Kutaisidən Berlinə uçan təyyarədə baş verib. Sərnişinlərdən birinin özünü pis hiss etməsi ilə əlaqədar ekipaj əvvəlcə Kutaisi hava limanına qayıtmağa cəhd edib. Lakin əlverişsiz hava şəraiti təhlükəsiz enişə imkan vermədiyindən təyyarə Tbilisiyə yönləndirilib.
Təyyarə Tbilisi Beynəlxalq Hava Limanına uğurla eniş edib.
Hadisə səbəbindən Kutaisi–Berlin reysi, eləcə də Berlin–Kutaisi istiqamətindəki əks uçuş sabaha təxirə salınıb.
Wizz Air-in məlumatına görə, marşrutu dəyişdirilən reysin sərnişinləri avtobuslarla Kutaisiyə qaytarılacaq. Uçuş cədvəlində dəyişiklikdən təsirlənən digər sərnişinlərə isə yeni uçuş vaxtları barədə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.