AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni iPad mini OLED ekranla gələcək, lakin 120 Hz olmayacaq

  • + A
  • - A
  • Bu gün, 09:59

    Yeni iPad mini OLED ekranla gələcək, lakin 120 Hz olmayacaq

    İlin sonunadək təqdim ediləcəyi gözlənilən yeni iPad mini modeli 8,4 düymlük OLED ekranla təchiz olunacaq. Lakin ekranın yenilənmə tezliyi 60 Hz olacaq. Bu barədə MacRumors nəşri Naver platformasında fəaliyyət göstərən yeux1122 bloquna istinadən məlumat yayıb.

    Məlumata görə, planşet LTPS (aşağı temperaturlu polikristallik silikon) əsaslı hibrid OLED paneldən istifadə edəcək. Bu texnologiya iPad Pro modellərində tətbiq olunan LTPO panellərindən fərqli olaraq, yenilənmə tezliyini dinamik şəkildə 120 Hz-ə qədər artırmağa imkan vermir və sabit 60 Hz rejimində işləyir.

    Əgər bu məlumat təsdiqlənərsə, OLED ekrana keçidlə yanaşı 120 Hz yenilənmə tezliyi də gözləyən iPad mini həvəskarları üçün məyusedici ola bilər.

    Mənbənin sözlərinə görə, yeni iPad mini-nin kütləvi istehsalı Cənubi Koreyada Samsung Display şirkətinin A2 istehsal xəttində həyata keçirilir.

    Bundan əvvəl Cənubi Koreyanın ETNews nəşri də Samsung-un yeni nəsil iPad mini modelinin kütləvi istehsalına başladığını bildirmişdi. Planşetin digər texniki xüsusiyyətləri isə hələlik açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR