AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin xüsusi iclası başladı

  • + A
  • - A
  • 14-06-2023, 10:02

    Milli Məclisin xüsusi iclası başladı


    Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.

    Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.

    Xüsusi iclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

    MM sədrinin çıxışından sonra iclasın davamında “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli film nümayiş olunub.

    İdeya müəllifi spiker Sahibə Qafarovanın olduğu ekran işi parlamentin arxiv materialları əsasında MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.

    Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR