AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ermənistandakı revanşist qüvvələr fəaliyyətlərini dayandırmır" - Deputat

  • + A
  • - A
  • 2-10-2023, 12:30

    "Ermənistandakı revanşist qüvvələr fəaliyyətlərini dayandırmır" - Deputat

    "Antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa edilib. Buna baxmayaraq, Ermənistandakı revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini dayandırmır".

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında Xankəndidən seçilən deputat Tural Gəncəliyev deyib.

    Deputat bildirib ki, informasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır: "Çünki müxtəlif platformalardan hücumlar davam edəcək. Misal olaraq, Koliforniyada radikal emrəni qruplarının üzvləri Azərbaycan və Türkiyənin səfirliyinə hücum etdilər. Eyni halların Avropada yerləşən səfirliklərimizə olacağı ehtimalını görürük. Odur ki, bu məsələlərdə ayıq-sayıq olmaq lazımdır. Ümid edirik ki, revanşist qüvvələr bütün baş verənlərdən nəticə çıxaracaqlar. Azərbaycanın torpaqları artıq suverəndir və bu, əbədi belə olacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR