AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan regionda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasına çalışır

  • + A
  • - A
  • 9-10-2023, 14:58

    Azərbaycan regionda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasına çalışır

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin8 oktyabr tarixində Tbilisdə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda xüsusi olaraq vurğulanmışdır ki, üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini tam bərpa etmişdir.

    Xatırlatmaq istərdim ki, Dövlət Başçısının 20 sentyabr tarixindəki xalqa müraciətində qeyd edilirdi ki, Ermənistan 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli Bəyanata zidd olaraq hələ də öz silahlı qüvvələrini və texnikasını bizim ərazimizdən çıxarmayıb.Ermənistanın ardı-arası kəsilməyən təxribatları fonunda Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Qarabağ iqtisadi rayonunda əmin-amanlığın bərqərar olunması təxirəsalınmaz lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsini tələb etmişdir və onların böyük uğurla sonuçlanması beynəlxalq hüquqla tanınan nəticələrə gətirib çıxarmışdır.

    30 ilə yaxın bir müddətdə bütövlükdə regionun inkişafı və tərəqqisinə maneələr yaradan münaqişənin tarixə qövuşması ümumilikdə Cənubi Qafqaz üçün böyük əhəmiyyət kəsb edir, çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra regionda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Məsələ burasındadır ki, yaşadığımız bölgədə əməkdaşlığa üçtərəfli formatda başlamaq olar və belə əməkdaşlıq bir çox sahələri - nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşunu və s. əhatə edə bilər. Ancaq bunun üçün başlıca amil beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri və normaları əsasında münasıbətlərin tənzimlənməsindən ibarətdir.

    Azərbaycan sülh və əməkdaşlıq platformasının inkişafında maraqlıdır və bu istiqamətdə zəruri addımları atır. Eyni zamanda qeyd etmək lazımdır ki, bir neçə ölkə və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Bu cür səylər birtərəfli və qərəzli olmadığı təqdirdə, onlar beynəlxalq hüquq və beynəlxalq ədalətə əsaslanarsa Azərbaycan istənilən vasitəçiliyi qəbul edə bilər. Belə bir prosesdə tarixi əlaqələr və coğrafi amillər nəzərə alınaraq, Gürcüstanda iştirak edə bilər, çünki Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və iki ölkə eyni zamanda həm də mühüm strateji tərəfdaşdır.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR