AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Azərbaycanınböyük diplomatik qələbəsi idi

  • + A
  • - A
  • 7-11-2023, 12:08

    10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Azərbaycanınböyük diplomatik qələbəsi idi

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan Bəyanat Azərbaycan torpaqlarının uzun müddət davam edən işğaldan azad edilməsi və silahlı münaqişənin hərbi fazasının başa çatmasını təsdiq etdi.

    Bəyanat “Müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına uyğun olaraq beynəlxalq razılaşmanı nəzərdə tutan və beynəlxalq hüquqi öhdəliklərlər yaradan sənəd idi və onun əsas mahiyyəti sadəcə atəşkəsin əldə edilməsi deyildi. Belə bir bənd sənədin yalnız bir müddəası idi.

    Ölkə Başçısı 10 noyabr 2020-ci il tarixində xalqa müraciətində xüsusi olaraq vurğulamışdır ki, Bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasıyası kimi qiymətləndirilməlidir.

    Mühüm məqamlardan biri də ondan ibarət olmuşdur ki, qeyd edilən sənədin imzalanmasının əsas səbəbləri sırasında Azərbaycanın tarixi qələbə əldə etməsi başlıca yeri tuturdu. Məhz bu qələbənin nəticəsində ümumilikdə Cənubi Qafqaz regionunda tamamilə yeni əməkdaşlıq formatı yarandı. Bu sırada yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ayrıca qeyd edilməlidi. Üçtərəfli Bəyanata əsasən reallaşması nəzərdə tutulan kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi mühüm hadisə kimi qiymətləndirilməlidir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, 10 noyabr tarixli Bəyanat bizim böyük siyası və hərbi qələbəmizi təsdiq etdi və ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu tarixi qələbimizi şərtləndirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR