AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Qanun layihələri özəl sektorun inkişafda payını artırmağa hesablanıb

  • + A
  • - A
  • 21-11-2023, 12:28

    Deputat: Qanun layihələri özəl sektorun inkişafda payını artırmağa hesablanıb

    Ötən dövr ərzində, xüsusən də vergi və gömrük orqanlarında şəffaflaşma, iqtisadi qanunvericilik sahəsində aparılan addımlar özəl sektorda daha böyük şans əldə edilməsinə imkan yaradıb. Hazırda Milli Məclisdə bu ilin sonunadək qəbul edilməkdə olan “Rəqabət Məcəlləsi” müzakirə olunur. Düşünürəm ki, bu ilin sonunadək “Rəqabət Məcəlləsi”nin qəbul olunması gözlənilir. Bu, haqsız rəqabətin qarşısının alınmasında həm sahibkarlara əlavə hüquqlar verəcək, həm də dövlət orqanlarının bu istiqamətdə daha effektiv fəaliyyət göstərməsinə imkan yaradacaq.

    Azadmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışında bildirib.

    “Bu ilin sonunadək “Qiymətləndirmə haqqında” Qanun, “Aviasiya haqqında” Qanun, “Dövlət ehtiyatları haqqında” Qanun qəbul olunacaq. Bu Qanunlar bütövlükdə özəl sektorun inkişafında payını əhəmiyyətli dərəcədə artırmağa hesablanıb. 2024-cü il yanvarın 1-dən etibarən qüvvəyə veriləcək Yeni Vergilər Məcəlləsinə dəyişikliklər 201 adda yeni dəyişikliyin olması planlaşdırılır. Bu dəyişikliyin böyük bir əksəriyyəti gömrük və vergi güzəştlərinə aiddir. Düşünürəm ki, xammalın gömrük rüsumlarından azad olunması, istehsalın təşkili baxımından və ixracın artmasında kifayət qədər mühüm əhəmiyyət kəsb edir”, - deyə T.Mirkişili əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR