AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq hüququn normaları hər bir dövlət üçün mütləqdir

  • + A
  • - A
  • 18-12-2023, 21:30

    Beynəlxalq hüququn normaları hər bir dövlət üçün mütləqdir


    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında qeyd etmişdir ki, “regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməliydik”. Dövlətimizinmünaqişənin sülh yolu ilə, danışıqlar masası arxasında həll edilməsinə çalışsa da Ermənistan buna imkan vermədi. Sil-silə müharibə cinayətləri, erməni tərəfinin mövcud status quo-nu saxlamaq, əvvəlllər işğal altında olunmuş ərazilərdə qanunsuz məskunlaşmanın həyata keçirilməsi, hərbi təxribatlar törədilməsi nizamlanma prosesini mümkünsüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamənin icra olunmaması, beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi və Ermənistanın yeni müharibəyə hazırlaşaraq sürətlə silahlanması bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratmışdır. Yaranmış şəraitdə beynəlxalq hüququ yalnız hərbi vasitələrlə bərpa edilə bilərdi və Dövlət Başçısının dediyi kimi, “Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib”.Xatırlatmaqlazımdır ki, həmin maddəyə uyğun olaraq, BMT Nizamnaməsi təşkilatın üzvünə silahlı hücum baş verərsə ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququna heç bir şəkildə təsir etmir.
    10 noyabr 2020-ci ildə Üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan onun müddəalarını pozub, gizli yollarla Qarabağa silah sursat daşıyırdı, öz hərbiçilərini orada saxlayırdı. Qisamüddətli lokal antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olundu. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və Ermənistan ordusu təslim olaraq silahları yerə qoydu. Regionda sülhün və təhlükəsizliyin bərqərar olunması bütün dövlətlərdən beynəlxalq hüquqa eyni münasibətin sərgilənməsini tələb edir və bu bu cür məsələlərdə heç bir selektiv yanaşmaya yol vermək olmaz. Prezident İlham Əliyev bu barədə demişdir ki, “beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir”.
    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR