AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ konqresmeni: Tramp İran müharibəsində uduzur

  • + A
  • - A
  • 27-03-2026, 09:05

    ABŞ konqresmeni: Tramp İran müharibəsində uduzur

    ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Seth Moulton CNN telekanalına müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Trump İranla bağlı başladığı müharibədə uğursuzluq yaşayır və Çin Xalq Respublikasından kömək istəməyə məcbur qalır.
    Onun sözlərinə görə, hazırda ABŞ administrasiyasının əsas məqsədi Hörmüz boğazını yenidən açmaqdır. Moulton qeyd edib ki, bu boğaz Tramp müharibəyə başlamazdan əvvəl açıq idi və hazırkı vəziyyət ABŞ-ın münaqişədə geri qaldığını göstərir.
    Konqresmen bildirib ki, əgər Tramp bu gün müharibəni dayandırmaq istəsə, o zaman İranla danışıqlar apararaq bağlanmış boğazın açılmasına nail olmalıdır. Onun fikrincə, ABŞ prezidenti bu məqsədlə Çindən dəstək almağa çalışır.
    Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrail birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Tehran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına – o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ərazilərindəki obyektlərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
    Bundan əlavə, İranın Hörmüz boğazını bağladığı, eləcə də Fars körfəzi ölkələrinin neft infrastrukturuna hücumların baş verdiyi bildirilir. Bu hadisələr nəticəsində dünya bazarında neftin qiyməti son dörd ilin ən yüksək səviyyəsinə qalxıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR