AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ diplomatik şəbəkəsini ixtisar edir: beş ölkədəki nümayəndəlik bağlanacaq

  • + A
  • - A
  • Bu gün, 11:25

    ABŞ diplomatik şəbəkəsini ixtisar edir: beş ölkədəki nümayəndəlik bağlanacaq


    ABŞ Dövlət Departamenti xaricdəki diplomatik nümayəndəliklərinin bir hissəsinin fəaliyyətini dayandırmağa hazırlaşır.

    Bu barədə “Reuters” agentliyi xəbər yayıb.

    Məlumata əsasən, Dövlət Departamenti Konqresi beş xarici diplomatik nümayəndəliyin bağlanması planı barədə məlumatlandırıb. Qeyd olunur ki, bu addım ABŞ-nin qlobal diplomatik şəbəkəsinin optimallaşdırılması istiqamətində atılan nadir qərarlardan biridir.

    Bağlanması nəzərdə tutulan nümayəndəliklərə Qrenadadakı ABŞ səfirliyi, Yaponiyanın Naqoya, İndoneziyanın Medan və Kanadanın Vinnipeq şəhərlərindəki konsulluqlar, eləcə də Kamerunun Duala şəhərində fəaliyyət göstərən səfirlik şöbəsi daxildir.

    Məlumatda vurğulanır ki, diplomatik şəbəkənin ixtisarı hər hansı konkret geosiyasi hadisə ilə əlaqəli deyil.

    ABŞ Dövlət Departamenti planı birbaşa təsdiqləməsə də, qurum xaricdə daha səmərəli və rasional diplomatik təmsilçiliyin təmin olunmasının əsas hədəf olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR