Ceyhun Bayramov Dominikan Respublikasının XİN rəhbəri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri İto Bisono ilə görüşüb.
Bu barədə XİN məlumat yayıb.
Görüşdə Azərbaycan-Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib. Tərəflər xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın inkişaf etdirilməsi məsələsi də diqqətdə olub.
Görüşün yekununda Azərbaycan və Dominikan Respublikası hökumətləri arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş imzalanıb.
Bununla yanaşı, Azərbaycan XİN ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, sənədlərin imzalanması iki ölkə arasında institusional əməkdaşlığın genişləndirilməsinə və əlaqələrin inkişafına töhfə verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.