AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin deputatları Tailandda səfərdə olacaqlar

  • + A
  • - A
  • 20-04-2024, 13:40

    Milli Məclisin deputatları Tailandda səfərdə olacaqlar

    Milli Məclisin deputatları – Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Rauf Əliyev, Müşfiq Cəfərov “Tailand-Azərbaycan parlamentlərarası münasibətlərin gücləndirilməsi və Tailand-Azərbaycan ticarət imkanları 2024” layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün aprelin 21-də Tailandın paytaxtı Banqkok şəhərinə səfər edəcəklər.
    Millət vəkilləri Tailand Parlamentinin üzvləri, digər qurumların təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək, iki ölkə arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparacaqlar.
    Səfər aprelin 27-də başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR