Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Azərbaycanın İsveçrədəki Səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin spikeri Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.
Nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov və digər rəsmi şəxslər daxildirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.