AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kassetli bombanın partlaması ilə bağlı araşdırılmalar başladı

  • + A
  • - A
  • 2-02-2022, 12:41

    Kassetli bombanın partlaması ilə bağlı araşdırılmalar başladı

    Yevlax rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilmişdir.
    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
    Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.
    Hazırda faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR