DİN-in “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirmişdir.
Azadmedia.az xəbər verir ki, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilmiş, saxlanılaraq Polis Şöbəsinə gətirilmişlər.
Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunmuş və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir.
Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunmuş, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.