Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsinin icrası çərçivəsində xidmətlər göstərir.QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi orta qrant proqramı çərçivəsində maliyyələşdirilən “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində nəzərdə tutulmuş QHT- lərə informasiya texnologiyalarına çıxış və texniki xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətlər həyata keçirilir.
Bu gün Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Quba Regional QHT-lərin Resurs və Təlim mərkəzində yaradılan geniş texniki imkanlarla tanış olublar. İctimai şuranını sədri Laçın Səfərəliyev, üzvlər Ramiz Qusarçaylı və Səfər Bayramov mərkəz tərəfindən təqdim olunan internet və sənədlərin çoxaldılması xidmətlərindın istifadə edərək İctimai Şuranın fəaliyyətinə dair bir sıra məlumatları əldə ediblər. Bununla yanaşı bir sıra təşkilatlara məsləhət və digər xidmətlər göstərilib.
Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları, təşəbbüs qrupları və icma fəalları üçün yeni tələblərə uyğun layihə təkliflərinin yazılış qaydalarına həsr olunmuş təlimlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı layihədə QHT-lərə və vətəndaş cəmiyyətinin digər iştirakçılarına texniki xidmətlər istiqamətində fəaliyyətlər göstərilməsi nəzərdə tutulmuşdur. Layihə 4 ay müddətinə icra olunaraq regionda fəaliyyət göstərən 30-a yaxın təşkilat və təşəbbüs qruplarını əhatə edəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.