AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ildən AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

  • + A
  • - A
  • 5-07-2024, 19:10

    Bu ildən AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

    Azərbaycan Texniki Universiteti (AzTU), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri arasında aparılan müzakirələrin nəticələrinə uyğun olaraq universitetə qəbul olunanların qeydiyyatı ilə bağlı bir ilkə imza atılıb. Belə ki, bu ildən AzTU-ya qəbul olunanlardan (bakalavr, magistr, doktorant) kağız formada heç bir sənəd tələb olunmayacaq.

    Sənədlər yalnız Elm və Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən aparılacaq.

    Qeyd edək ki, bundan əvvəl ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı portal.edu.az üzərindən aparılsa da, paralel olaraq universitetlər tələbələrdən kağız formada da sənədlər tələb edirdi. AzTU rəhbərliyi tələbələrin rahatlığını düşünərək onların vaxt itkisinin, əlavə xərclərinin, həmçinin kağız israfının qarşısını almaq, xüsusilə də ölkədə rəqəmsal transformasiyanın inkişafına töhfə vermək məqsədilə sözügedən yeniliyin tətbiqi ilə bağlı qərar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR