AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxın erməni vəhşiliyini yaşamış yeddi kəndinin əhalisi arasında geniş sorğu keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 8-07-2024, 10:37

    Qazaxın erməni vəhşiliyini yaşamış yeddi kəndinin əhalisi arasında geniş sorğu keçirilib - FOTOLAR


    Qərb-resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi, Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan müharibə cinayətləri: Qazax kəndlərində törədilən kütləvi qırğınlara görə məsuliyyət" layihəsi çərçivəsində əhəmiyyətli bir araşdırma aparıb.
    Layihə çərçivəsində Qazaxın erməni vəhşiliyini yaşamış yeddi kəndinin əhalisi arasında geniş sorğu keçirilib.

    QHT.az xəbər verir ki, bu barədə Qərb-Resurs VCİD İctimai Birliyinin sədri Ramil Göyüşov məlumat verib. QHT sədri qeyd edib ki, sorğunun nəticələrinə görə, insanlığa qarşı törədilən cinayətlərin və mülkiyyət hüququna qarşı törədilən halların çoxsaylı dəlilləri qeydə alınıb: "Respondentlər arasında keçmişə aid olan mülkiyyət sənədlərini təqdim edən çoxlu sayda vətəndaş da olub. Bu sənədlər müharibədən öncəki dövrlərə aid mülkiyyət hüquqlarını təsdiqləyir və gələcək hüquqi proseslər üçün əhəmiyyətli sübutlar təşkil edir. Təşkilatın nümayəndələri bildiriblər ki, sorğu zamanı toplanan məlumatlar, Ermənistanın Qazax kəndlərində törətdiyi kütləvi qırğınlarla bağlı mühüm dəlilləri ehtiva edir və bu, beynəlxalq hüquq çərçivəsində ədalətin təmin edilməsinə töhfə verəcək".

    Qeyd edək ki, Qazax rayon icra hakimiyyəti sorğunun keçirilməsinə böyük dəstək göstərib. Qərb-resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi, icra hakimiyyətinə dərin təşəkkürünü bildirir və zərər çəkmiş insanların ədalətin bərpasını görəcəklərinə ümid etdiyini vurğulayır.

    Bu mühüm araşdırma, Ermənistanın Qazax kəndlərində törətdiyi müharibə cinayətlərinin beynəlxalq səviyyədə tanınmasına və ədalətin bərqarar olmasına yönəlmiş əhəmiyyətli bir addım təşkil edir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR