AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dayanıqlı təsərrüfat və ətraf mühitin mühafizəsi: QHT 20 nəfərdən ibarət təlim keçirib - FOTOLAR

  • + A
  • - A
  • 8-07-2024, 10:41

    Dayanıqlı təsərrüfat və ətraf  mühitin  mühafizəsi: QHT 20 nəfərdən ibarət təlim keçirib - FOTOLAR


    “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə qalib gəlib və Xaçmaz rayonunun Nabran kənd inzibati ərazi dairəsində 03 iyul 2024-cü il tarixində 20 nəfərdən ibarət təlim keçirilib.

    QHT.az xəbər verir ki, təlimdən öncə Nabran kəndindən Qarabağ döyüşlərində şəhid olan gənclərimizin memorial abidəsi ziyarət edilmiş və üzərilərinə qırmızı qərənfillər qoyulub. Təlim dövründə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin sədri layihə rəhbəri Famil Baxışov çıxış edərək Xaçmaz rayon ərazisində “Dayanıqlı inkişaf və ətraf mühitin qorunması” sahəsində ictimai maarifləndirməyə dəstək verməkdən, gənclərdə ekoloji düşüncə tərzinin formalaşdırılmasından danışdı.

    Təlimçi Fayiq Şeydayev çıxış edərkən qeyd etdi; problemləri təhlil etdikcə əminliklə söyləmək olar ki, təqdim etdiyimiz layihənin mövzusu çox aktualdır və bugünki milli və qlobal çağırışlara cavab verir. Bildiyimiz kimi dövlət qurumları bu sahədə qanunvericiliyi pozanlara qarşı ciddi tədbirlər görür amma hesab edirik ki, bununla yanaşı geniş təbliğat və təşviqat işləri aparılmalıdır. Layihənin eksperti Sədaqət Qənbərova çıxış edərkən dayanıqlı inkişaf məqsədləri və ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin təşviq edilməsindən, ekoloji problemlərin aradan qaldırılması, yaşıl iqtisadiyyatın və vətəndaş cəmiyyəti ilə bağlı tövsiyələrin verilməsindən danışdı. Bir daha iştirakçılar ekoloji mədəniyyətin onların şəxsi və peşə fəaliyyətlərinə müsbət təsir edəcəyini qeyd etdi. Təlim çərçivəsində iştirakçılardan Dumət Seyidov, Mahir Tarverdiyev, Anar Paşayev daha fəallıq göstərərək ətraf mühitin mühafizə olunmasındakı nöqsanlardan da danışdılar.

    Təlimin sonunda Nabran kənd inzibati ərazi dairəsinin nümayəndəsi Nəzakət İsgəndərova təlim iştirakçılarına minnətdarlığını bildirdi.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR