AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin tədbiri keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 8-07-2024, 10:44

    "Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin tədbiri keçirilib - FOTOLAR


    İstedadlı Əlillər Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin tədbiri DTSER Agentliyinin tabeliyində Yevlax şəhər Əlillərin Reabiltasiya Mərkəzində həyata keçirildi.

    QHT.az xəbər verir ki, bu barədə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə, tədbiri giriş sözü ilə açıb, layihə barədə geniş məlumat verib. Qubad Qasımov bildirib ki, layihə Naftalan şəhəri, Yevlax rayonu, Xaçmaz rayonu və Şirvan şəhərini əhatə etməklə 3 ay müddətində icra edilir: "Layihənin məqsədi bölgələrdə fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir".

    Layihənin eksperti Rəşad Həsənov əlilliyi olan şəxslərin Dövlər Məşğulluq Agentliyinin həyata kecirdiyi aktiv məşğuluqdan və Özünəməşğulluq proqramlarından necə yarallana biləcəkləri barədə geniş məlumat verdi.

    Tədbir çərçivəsində Abilimpiya hərəkatı və Paralimpiya idman növləri,Dost Yaradıcılıq və İnkluziv Mərkəzlərdən,peşə-reabilitasiya mərkəzlərindən yararlanması haqqında da ətraflı məlumat verildi və bu kimi mərkəzlərə necə müraciyyət olunacaqı barədə,əliliyi olan şəxslərə aydın formada izah olundu, mövzu ətrafında geniş müzakirələr aparıldı və mövzu haqqında təkliflər səsləndirildi.

    QHT sədri həmçinin bildirib ki, tədbirdə, Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hümbət Əhmədov, DTSER Agentliyinin Yevlax Şəhər Reabiltasiyya mərkəzinin Drektor müavini Habil Vəliyev, ƏƏSMN-nin tabeliyində DMA-nin Mərkəzi Aran RMF-nın Yevlax rayon xidmət şöbəsinin müdri Samir Xəlilov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Yevlax Rayon KOB Dostu Sahib Əmirov çıxış edərək bildirdilər ki, bu kimi layihələr aktualdır və belə tədbirlərin bölgələrdə yaşayan əlilliyi olan şəxslərin maarifləndirilməsi üçün keçirilməsi çox vacibdir.

    Tədbirdə əliliyi olan şəxslərin fərdi olaraq problemləri dinlənildi və aydiyatı dövlət qurumlarının numayəndələri tərəfindən məsələlərin qanun çərçivəsində həll olunacaqlarını qeyd edildi.Daha iki nəfər əliliyi təstiq olunmuş şəxs,əlil arabasının olmadığından şikayətini dilə gətirdi və, Dövlət tərəfindən təmənnasız ortapetik avadanlıqların verilməsindən məlumatsız olduğunu qeyd etdilər, layihə Rəhbəri Qubad Qasımov əlil arabasının alınmasının həlli yollarını vətəndaşa izah etdi və dövlət tərəfindən əlil arabası təmin olunana qədər İstedadlı Əlillər İctimai Birliyi tərəfindən iki nəfər əliliyi olan şəxsi əlil arabası ilə təmin edilməsini təmin edildi.

    Tədbirin sonunda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR