AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Murad Əlillər İctimai Birliyi icra etdiyi layihəsi çərçivəsində Sabirabad rayonunda təlim keçirdib - FOTOLAR

  • + A
  • - A
  • 8-07-2024, 10:49

    Murad Əlillər İctimai Birliyi icra etdiyi layihəsi çərçivəsində Sabirabad rayonunda təlim keçirdib - FOTOLAR

    Murad Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihəsi çərçivəsində ilk tədbiri və təlimi 5 iyul 2024-cü il tarixində Sabirabad Dövlət Sosial İqtisad Kollecində təşkil edib.

    QHT.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Açılış nitqi ilə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbir iştirakçılarını salamladıqdan sonra, rayonda görülən işlərdən, dövlətin icra etdiyi sosial-iqtisadi proqramlardan və layihələrdən, həmçinin "Murad" Əlillər İctimai Birliyinin icra etdiyi layihənin əhəmiyəti barədə öz fikirlərini bölüşüb.

    Sonra "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihənin rəhbəri və "Murad" Əlillər İctimai Birliyinin idarə heyətinin sədri, Rəsmiyyə Səmədova çıxış edib. O, layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. R.Səmədova cari layihə çərçivəsində 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) məskunlaşan sosial baxımdan həssas əhali qrupun üzvlərini, yəni 105 nəfəri sosial sahibkarlıq (biznes) barədə maarifləndirməklə məşğulluğuna dəstək olmaq, həmçinin "Murad" Əlillər İctimai Birliyinin təqdim etdiyi xidmətlərdən necə faydalanmaq yolları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

    Tədbir, Arif Nəcimovun təqdimatında “Sosial sahibkarlıq (biznes)” mövzusunda çıxışı ilə davam edib. A.Nəcimov təlim iştirakçılarını “Sahibkarlıq ilə Sosial sahibkarlığın fərqli cəhətləri”, “Sosial sahibkarlığın (biznesin) həssas əhali qrupun məşğulluğuna təsiri”, “Sosial sahibkarlıq ilə sosial və ekoloji problemlərin həlli yolları”, “Xarici ölkələrin sosial sahibkarlıq təcrübəsi” və “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti ilə inkişaf etdirilməsi imkanları” mövzularında məlumatlandırıb. Tədbirin 1-ci hissəsi çıxışlarla yekunlaşıb.

    Çay-kofe fasiləsindən sonra tədbirin 2-ci hissəsi təqdim olunmuş mövzular əsasında müzakirələrlə və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

    Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və "Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Aygün Əliyeva da Həssas əhali qrupu ilə iş təcrübələrindən və icra etdikləri layihələr haqqında məlumat veriblər.

    Tədbir, iştirakçıları maraqlandıran sualların cavablandırılması və “İştirakçı sertifikatı”nın təqdim olunması ilə yekunlaşıb.

    Cari layihə iş planına uyğun olaraq digər seçilmiş rayonlarda da avqust ayına kimi davam edəcək.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR