AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihə çərçivəsində Quba rayonunda Mərkəzi Kitabxanada tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 8-07-2024, 13:56

    Layihə çərçivəsində Quba rayonunda Mərkəzi Kitabxanada tədbir keçirilib - FOTOLAR

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin fəaliyyətini davam etdirir. Layihə çərçivəsində 6 iyul 2024-cü il tarixində Quba rayonunda Mərkəzi Kitabxanada tədbir keçirilib.

    QHT.az xəbər verir ki, tədbirin giriş sözü ilə AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı açıb və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə həyata keçirilən layihənin olduqca aktual və vacib olduğunu qeyd edib, “Kitab Evi” İctimai Birliyini məhz bu layihənin icrasını Qubada keçirdiyi üçün alqışlayıb.

    Layihə rəhbəri Adilə Nəzərova mövzu ilə əlaqəli çıxış edərək, layihə haqqında geniş məlumat verib, bu kontekstdə hələ çox işlərin görülməsinə ehtiyac olduğunu bildirib. O, qeyd edib ki, vətəndaşlarımızın, o cümlədən, yeniyetmə və gənclərimizin kitabxanalardan daha çox faydalanmasını təmin etmək üçün kitabxanalar iş vaxtından kənarda da oxucularımıza xidmət göstərmək məqsədilə elektron kitabların pulsuz istifadəsinə çalışmalıdırlar. Kitablarla yanaşı, texnoloji inkişafın məngənəsində olan kitabxanaların bundan sonra da oxucularla birlikdə mövcud olacağı, valideynlər, müəllimlər qədər kitabxanaçıların da oxucuları kitab oxuma vərdişinə təşviq edəcəyi, kitabxana xidmətinin məhz bu olduğu xatırladıl­malı və tələb olunmalıdır. Keyfiyyətin yüksəldilməsi istiqamətində aparılan işlərin Nazirliyin prioritet istiqamətləri sırasında olduğu, həm məktəb, həm də ümumi kütləvi kitabxanaların təkmilləşdirilməsi məhz belə layihələr çərçivəsində canlandırıla bilər. A.Nəzərova bunu da qeyd edib ki, Quba rayonu bu baxımdan digər bölgələrlə müqayisədə daha aktivdir və burada olduqca ədəbi mühit formalaşmışdır.

    Layihə üzrə təlimçi Həcər Paşayeva öz çıxışından sonra tədbir iştirakçıları ilə qısa sual-cavab aparıb və mövzu ilə bağlı əsas məqamları diqqətə çatdırıb. O, bildirib ki, layihənin məqsədi vətəndaşların, xüsusilə də gənclərin özünü, tarixini, mədəniyyətini və dünyanı tanımaq yolunda elmi məlumatlar və beynəlxalq uğurlu təcrübə nümunələri işığında mütaliəyə həvəsləndirmək, onlarda mütaliəyə müsbət münasibət inkişaf etdirmək və oxu vərdişi yaratmaqdır.

    Tədbirdə Quba rayon MKS-nin Mərkəzi kitabxanasının müdiri Saməddin Nəsirov da iştirak edib və tədbir iştirakçılarına Kitabxana haqqında, orada keçirilən tədbirlər, oxucuların fəallığı barədə fikirlərini çatdırıb. O, həm layihəni, həm də tədbiri yüksək dəyərləndirib.

    Tədbirin sonunda Kitabxananın aktiv oxucularından olan orta məktəb şagirdləri “Kitab Evi” İctimai Birliyinin “Fəxri Fərman”ı ilə təltif olunublar. Layihə çərçivəsində tədbir iştirakçılarına bədii kitablar, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunan köynəklər paylanıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR