AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi Ucarda istedad müsabiqəsi keçirdi - FOTOLAR

  • + A
  • - A
  • 8-07-2024, 17:05

    İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi Ucarda istedad müsabiqəsi keçirdi - FOTOLAR

    İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə “Regionlarda istedadlı gənclərin inkişafına dair tədbirlər” adlı layihəni icra edir. Layihə çərçivəsində 4 iyul 2024-cü il tarixində Ucar Gənclər evində keçirilən müsabiqədə müxtəlif sahələr üzrə istedadlar iştirak etdi. Bir- birindən maraqlı çıxışlar oldu.

    QHT.az xəbər verir ki, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) çıxış edərək rayon sakinlərini salamlayıb və bildirib ki, layihə çərçivəsində regionlarda yaşayan istedadlı uşaq və gənclər aşkarlanacaq və tanınması üçün şərait yaradılacaq: "Dövlətimizin çox gözəl gənclər siyasəti var. Biz də təşkilat olaraq gənclər siyasətini layiqincə davam etdirməyə çalışırıq. Bu məqsədlə layihələrimizi yalnız Bakı şəhərində deyil regionlarımızda da icra edirik. Müsabiqələr nəticəsində Regionlarda yaşayan İstedadlı uşaq və gənclər aşkarlanacaq və tanınması üçün şərait yaradılacaq. Onlarla davamlı və uzunmüddətli əlaqədə olacağıq, onların daha çox tanınması və inkişafı üçün əlimizdən gələni edəcəyik. Əziz balalar, əmin olun ki, dövlətin diqqət və qayğısını hər zaman hiss edəcəksiz, yetər ki, öz üzərinizdə çalışın"-deyə təşkilat sədri əlavə edib. Daha sonra bir-birindən maraqlı çıxışlar olub. Sonda xatirə şəkli çəkdirilib.

    Qeyd edək ki, birlik layihə çərçivəsində daha sonra Gədəbəy rayonu və Bakıda müsabiqə keçirəcək. Şəki, Ucar, Gəödəbəy rayonu və Bakıda keçirilən müsqabiqədən seçilən qaliblər avqust ayında Bakıda keçiriləcək yekun konsert tədbirində hədiyyə və diplomla mükafatlandırılacaq.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR