AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “Mədəniyyət paytaxtı” film-konsert layihəsi çərçivəsində çəkilişləri başa çatdırıb - FOTOLAR

  • + A
  • - A
  • 9-07-2024, 09:30

    QHT “Mədəniyyət paytaxtı” film-konsert layihəsi çərçivəsində çəkilişləri başa çatdırıb - FOTOLAR

    Bəhram Nəsibov yaradıcılığının təbliği İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsi çərçivəsində çəkilişləri başa çatdırıb.

    QHT.az xəbər verir ki, bu barədə Bəhram Nəsibov yaradıcılığının təbliği İctimai Birliyinin sədri Adil Nəsibov məlumat verib. Onun sözlərinə görə, film-konsert layihəsinin icrasında məqsəd, ölkə başçısı Zati-aliləri İlham Əliyevin qərarı əsasında və Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı 2024-cü il ərzində ölkəmizdə təşkil ediləcək silsilə tədbirlərə töhfə verməkdir: "Film-konsertin çəkilişlərində iştirak edən Şuşa şəhərində bərpa edilmiş Yuxarı Gövhər Ağa məscidinin (Şuşa Cümə məscidi) imamı, bugünlərdə Qarabağ bölgəsi üzrə qazı təyin edilən Mirabdullah Həsənli Şuşa şəhərinin məscidlərinin 30 illik işğal dövründə dağıdılması və Vətən Müharibəsi sonrası bərpa işləri haqqında məlumat verib. Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi, dirijor Abbasqulu Nəcəfzadə ilk dəfə film-konsertdə səslənən mahnıların təhlili ilə çıxış edib. O, həm də filmdə məsləhətçi olub. Daxili Qoşunların xüsusi təyinatlısı, Vətən Müharibəsi qazisi, "Qarabağ" ordenli kapitan Vüsal Həsənov "Vətən Müharibəsi"ndə ordumuzun rəşadəti barədə danışıb. Əczaçı-bioloq, sitrus bitkilərinin seleksiyaçısı Rauf Rəhimov insanla təbiətin harmoniyası barədə fikirlərini bölüşüb. Bəstəkar Bəhram Nəsibovun bəstələdiyi "Vətən Bağı" (sözləri: Ağabəyim ağa Cavanşir), "Cıdır Düzü" (sözləri: Rəfiq Zəka), "İslam Dünyası" (sözləri: Nəcməddin Mürvətov), "Şuşa Qalası" (sözləri: Sabir Əliyev) mahnıları ilk dəfə bu film-konsertdə müğənni-bəstəkar Elnur Nuri tərəfindən səsləndirilib. Film-konserdə ilk dəfə səsləndiriləcək mahnılar, müsahibələrin və kadrarxası mətnlərin, interküylərin harmoniyası ilə tamaşaçıya çatdırılacaq. Bu da tamaşaçını mövzusu ilə audio-vizual şəkildə tanış etməyə hesablanıb".

    QHT sədri ümid edir ki, bu film-konsert mədəniyyətimizə layiqli töhfə olacaq: "Hər zaman yeniliklərə açıq, yaradıcı fikirlərə dəstək verən, ölkədə əhəmiyyətli işlərdə ön sıralarda olan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İctimai Birliyimizə layihənin icrasında dəstək verdiyi üçün təşəkkürümüzü bildiririk".

    Qeyd edək ki, film-konsertin yaradıcı heyəti Adil Nəsibov (layihənin rəhbəri və ssenari müəllifi), İman Məcidov (Quruluşçu rejissor və montaj), Cəsarət Hüseynzadə (rejissor), Elmir Mirzəzadə (operator), Vüsal Əhmədov (prodüsser), Şəbnəm Tofiqqızı (redaktor) tərəfindən təşkil olunub. Hazırda film-konsertin montaj işlərinə start verilib. Layihənin təqdimat mərasimi bu ayın sonlarında keçiriləcək.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR